ProGreen Dez-8 litr şüşələrdə

Yüksək konsentrasiyalı, bir mərhələli dezinfeksiyaedici vasitə. Yüksək konsentrasiyası sayəsində nəqliyyat və saxlama xərcləri optimallaşdırılır, həmçinin plastik qablaşdırma tullantılarının miqdarı 10.000 dəfə azaldılır. Preparatın təyinatı: dezinfeksiya, emal, təmizləmə və yuyulma.

Tərkibi:

  • Didecildimetilammonium xlorid 48%
  • Alkilldimetilbenzilammonium xlorid 32%
  • Funksional əlavələr 20%
  • pH: 8 ± 0.5

Bu vasitə, nəqliyyat, saxlama, utilizasiya xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

  • Yükboşaltma işlərinin dəyərini azaldır
  • Logistika xərclərini azaldır
  • Saxlama üçün tələb olunan sahəni azaldır
  • Məhsulun istifadəsinin daha dəqiq hesablanması və nəzarət olunması
  • Minimal miqdarda tullantılar
  • Bütün dezinfeksiya rejimlərində effektivdir

İşçi məhlulların hazırlanması: 1 ml. su həcminə:

  • Otaqların, mebellərin, döşəmə örtüklərinin, təmizləmə avadanlıqlarının, sanitariya texnikasının dezinfeksiyası və yuyulması üçün – 10 litr suya
  • KKuvezlər və onlara aid avadanlıqların, barokameraların, anesteziya avadanlıqlarının və komponentlərinin dezinfeksiyası üçün – 10 litr suya
  • Tibb tullantılarının dezinfeksiyası üçün – 6,67 litr suya
  • Stomatoloji materiallar və qurğuların dezinfeksiyası üçün – 4 litr suya
  • Tibb avadanlıqlarının dezinfeksiyası üçün – 5 litr suya
  • Sanitar nəqliyyat və qida məhsulları daşınan nəqliyyatın dezinfeksiyası üçün – 10 litr suya
  • Müalicə, uşaq və sağlamlıq müəssisələrində ümumi təmizləmə üçün – 10 litr suya
  • Küf ilə mübarizə üçün – 4 litr suya
  • Əczaçılıq və biotexnologiya sənayesi müəssisələrində otaqların və avadanlıqların dezinfeksiyası və yuyulması üçün – 10 litr suya
  • İctimai iaşə müəssisələrində, kommunal obyektlərdə, otellərdə, insanların çox toplaşdığı yerlərdə, alətlərdə, xüsusi geyimlərdə, bərbərxanalarda, masaj və kosmetik salonlarda, gözəllik salonlarında, camaşırxanalarda, klublarda və digər xidmət sahələrində otaqların və avadanlıqların dezinfeksiyası üçün – 10 litr suya
  • Qan və bioloji ifrazatların dezinfeksiyası üçün – 1 litr suya
  • Köpük tapançası istifadə edərək əllərin dezinfeksiyası və yuyulması üçün – 350 ml suya

Xüsusiyyətlər: Vasitə yaxşı yuyucu və dezodorant təsirə malikdir, üzvi çirkləri sabitləşdirmir, müxtəlif materiallardan hazırlanmış məhsullarda korroziya yaratmır.

Saxlama qaydaları: Birbaşa günəş şüalarından qoruyaraq, -40°C-dən +35°C-yə qədər temperaturda saxlayın. İstifadə müddəti bitdikdə, məişət tullantıları kimi utilizasiya edin.

Təhlükəsizlik tədbirləri: Gözlərə və dəriyə təmasdan çəkinin. Konsentrat dəriyə və ya gözlərə düşdükdə, dərhal bol su ilə yuyun. Qida məhsullarından uzaqda saxlayın.